ABL: Bu gün 18-ci turun daha 3 oyunu keçiriləcək

ABL: Bu gün 18-ci turun daha 3 oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun daha üç oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, ilk matç "Gəncə" və "Ordu" kollektivləri arasında baş tutacaq.

Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da başlayacaq.

Bu görüşdən 2 saat sonra "Sabah" "Abşeron"la üz-üz gələcək. Saat 19:00-da "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşacaq. Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində reallaşacaq.

A qrupuna 30 xalla "Sabah" başçılıq edir. 28 xalı olan "Naxçıvan" ikinci, "Abşeron" 24 xalla dördüncüdür. 23 xalı olan "Sərhədçi" isə beşinci sırada yer alıb.

B qrupunda "Gəncə" 30 xalla ikinci sırada qərarlaşıb. Qərb təmsilçisindən 2 xal geri qalan "Ordu" kollektivi üçüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər