ABL: Bombardirlər yarışında lider dəyişmədi

ABL: Bombardirlər yarışında lider dəyişmədi

“Xırdalan”ın amerikalı legioneri Devin Pullum 15 turdan sonra Azərbaycan Basketbol Liqasının bombardirlər yarışında liderliyini davam etdirir.

Fanat.Az xəbər verir ki, onun aktivində 358 xal var.

Hazırkı çempion “Zirvə”nin oyunçusu Raşard Krukşank 336 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü sırada isə 306 xalla "Sərhədçi"dən olan azərbaycanlı basketbolçu Endər Poladxanlıdır.

Ribaundlarda "Zirvə"nin digər oyunçusu Lonzia Tayson (180) liderlik edir. 

Ən yaxşı blokçu "Sabah"ın kanadalı legioneri Kristian Rolerdir – 40 uğurlu blok. Davante Kuper ("Olimpik") və Maykl Digginsin hərəyə 29 bloku var.

Ən çox ötürmə edən "Gəncə"dən Brendon Millerdir - 90. Devid Pullum 76, Raşard Krukşank 72 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər