Azərbaycan Basketbol Liqasında XVI tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha bir oyun keçiriləcək.
B qrupunun son qarşılaşmasında liderlər - "Naxçıvan" ilə "Ordu" üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Turun əvvəlki oyunlarında "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq.
ABL 16-cı tur 6 fevral
19:00. "Naxçıvan - "Ordu" Bakı İdman Sarayı.
A qrupu
1. Sabah 15 14 1 +396 29 2. Abşeron Lions 15 13 2 +126 28 3. Gəncə 15 7 8 -38 22 4. Neftçi 15 7 8 +32 22 5. Şəki 15 2 13 -237 17 6. NTD 15 2 13 -252 17
B qrupu
1. Ordu 15 14 1 +286 29 2. Naxçıvan 15 12 3 +99 27 3. Quba 16 6 6 -12 22 4. Sumqayıt 16 6 10 -103 22 5. Sərhədçi 16 5 11 -89 21 6. Lənkəran 16 4 12 -157 20