ABL: A qrupunda turun ilk matçı Gəncədə baş tutacaq

ABL: A qrupunda turun ilk matçı Gəncədə baş tutacaq

Azərbaycan Basketbol Liqasında XVI tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha bir oyunu baş tutacaq.

A qrupunda turun açılış matçı NTD ilə "Gəncə" arasında olacaq. Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Qeyd edək ki, tura fevralın 8-də "Şəki" - "Abşeron Lions" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq. 

Turun əvvəlki görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.

ABL 16-cı tur 7 fevral

14:00. "Gəncə - NTD Gəncə. Olimpiya İdman Kompleksi.

A qrupu 

1. Sabah 15 14 1 +396 29 2. Abşeron Lions 15 13 2 +126 28 3. Gəncə 15 7 8 -38 22  4. Neftçi 15 7 8 +32 22 5. Şəki 15 2 13 -237 17 6. NTD 15 2 13 -252 17

B qrupu

1. Ordu 16 15 1 +289 31 2. Naxçıvan 16 12 4 +96 28 3. Quba 16 6 6 -12 22 4. Sumqayıt 16 6 10 -103 22 5. Sərhədçi 16 5 11 -89 21 6. Lənkəran 16 4 12 -157 20  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər