ABL: 5-ci tura yekun vurulur

ABL: 5-ci tura yekun vurulur

Bu gün Azərbaycan Basketbol Liqasında 5-ci tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, son oyun günü 1 qarşılaşma baş tutacaq. B qrupunda yer alan "Şəki" autsayder "Lənkəran"ı sınağa çəkəcək. Saat 14:00-da başlayacaq görüş Şəki Olimpiya İdman Kompleksində keçiriləcək. Qeyd edək ki, turun əvvəlki beş matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a (75:74), "Sumqayıt" isə "Gəncə"yə (85:79) qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər