ABL: 4-cü tura yekun vurulur

ABL: 4-cü tura yekun vurulur

Bu gün Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

"Sərhədçi" "Neftçi" ilə, "Gəncə" "Şəki" ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 12:00 və 14:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər