ABL: 3-cü yarımfinalçı bilindi

ABL: 3-cü yarımfinalçı bilindi

Azərbaycan Basketbol Liqasında üçüncü yarımfinalçı bəlli olub.

Fanat.Az xəbər verir ki, pley-off mərhələsinin 3-cü matçında "Şəki" evdə "Gəncə"ni üstələyib.

Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ilk oyunda "Şəki" (85:84), ikinci matçda isə "Gəncə" (94:71) qələbə qazanmışdı.

Bu gün keçiriləcək digər matçda "Abşeron" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Komandalar arasında ilk oyunda "Naxçıvan" 88:83 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, daha əvvəl "Sabah" və "Neftçi" də yarımfinala vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər