ABL: 2024/2025 mövsümü bu gün start götürür

ABL: 2024/2025 mövsümü bu gün start götürür

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürəcək.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan "Neftçi" və "Naxçıvan" Bakı İdman Sarayında üz-üzə gələcəklər.

Görüşün start fiti saat 20:00-da səslənəcək.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər