ABL: 1/4 finalda ikinci oyunlara yekun vurulur

ABL: 1/4 finalda ikinci oyunlara yekun vurulur

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına yekun vurulur. 

Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Abşeron Lions" "Şəki"nin qonağı olacaq. Oyun Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.

Günün ikinci matçında "Sabah" "Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108), "Neftçi" isə NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib. Beləliklə, bu cütlərdə üçüncü oyun keçiriləcək. Çünki reqlamentə görə ilk iki qələbə qazanan komandalar qalib olacaq. 

ABL 1/4 final 17 aprel

14:00. Şəki - Abşeron Lions Şəki. Olimpiya İdman Kompleksi (ilk oyun – 78:109).

19:00. Naxçıvan - Sabah  Bakı. İdman Sarayı. (ilk oyun – 74:106).

Yarımfinalda "Naxçıvan" - "Sabah" cütünün qalibi "Gəncə" - "Ordu" cütünün qalibi ilə qarşılaşacaq. "Şəki" - "Abşeron Lions" cütünün qalibinin finala gedən yoldakı son rəqibi isə "NTD" - "Neftçi" cütünün güclüsü olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər