Abdullayevin təyinatından sonra Fərman Əlizadənin "Kəpəz"dəki aqibətinin necə olacağı bilindi

Abdullayevin təyinatından sonra Fərman Əlizadənin "Kəpəz"dəki aqibətinin necə olacağı bilindi

"Kəpəz"in İdarə Heyətinin yeni sədrinin Anar Abdullayev olacağı müəyyənləşəndən sonra digər rəhbərlərin də gələcək taleyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Abdullayev hələ də Gəncəyə getməyib.

Buna rəğmən, Adil Vəliyevin başqanlığı dönəmində fəaliyyət göstərən Fərman Əlizadə İdarə Heyətinin üzvü qismində fəaliyyətini davam etdirəcək. İcraçı direktor Ruslan Məmmədovun da postundan göndərilməsi gündəmdə deyil.

Xatırladaq ki, komandanı yeni mövsümdən Arif Əsədovun çalışdıracağı gözlənilir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər