"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, dünən klubun prezidenti Abdulbari Gözəl komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla yaxından maraqlanıb.
Daha sonra Abdulbari Gözəl Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb.
Fanat.Az