AÇ:Azərbaycan millisi final matçına çıxır

AÇ:Azərbaycan millisi final matçına çıxır

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, komanda Kipr yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər