AÇ: Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşır

AÇ: Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşır

Basketbolçu gənclərdən ibarət Azərbaycan millisi 2029-cu il Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyuna çıxır. 

Fanat.Az xəbər verir ki, B Divizionunda yarışan və A qrupunda yer alan komandamız bu gün 4-cü tur çərçivəsində Şimali Makedoniyanı sınağa çəkəcək.

Slovakiyanın Bratislava şəhərində təşkil olunan yarış çərçivəsində baş tutacaq oyun saat 23:00-da başlayacaq.

Anar Sarıyevin baş məşqçisi olduğu U-20 daha əvvəl İsveç (58:85), Slovakiya (72:66) və İrlandiya (47:54) ilə qarşılaşıb.

Qrupda turnir cədvəlinə 8 xalla İsveç başçılıq edir. İrlandiyanın 5, Şimali Makedoniya ilə Azərbaycan millisinin hərəyə 4 xalı var. Slovakiya 3 xalla sonuncu yerdə qərarlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər