AÇ: Azərbaycan millisi Lüksemburqa qarşı

AÇ: Azərbaycan millisi Lüksemburqa qarşı

San Marinoda basketbol üzrə U-18 Avropa çempionatının C divizionu üzrə mübarizə davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığması yarışda bu gün ilk oyununa çıxacaq. Komandamız B qrupunun ilk oyununda Lüksemburq kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Daha əvvəl qrupda aşağıdakı oyunlar keçirilib: 

Cəbəllütariq - Ermənistan 64:81 Lüksemburq - Moldova 69:56.

Azərbaycan yığması növbəti görüşünü sabah Cəbəllütariqə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər