AÇ: Azərbaycan millisi Albaniyaya qalib gəldi

AÇ: Azərbaycan millisi Albaniyaya qalib gəldi

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun B qrupunda qərarlaşmış Azərbaycanın U-16 millisi qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.

Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.

Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər