AÇ-2027: Azərbaycan millisi Monteneqro sınağında

AÇ-2027: Azərbaycan millisi Monteneqro sınağında

Bu gün Azərbaycanın qadınlardan ibarət basketbol millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunun 5-ci turunda növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, yığmamız səfərdə Monteneqro millisi ilə oynayacaq.

Görüş saat 20:00-da başlayacaq.

AÇ-2027 E qrupu 14 mart

20:00. Monteneqro - Azərbaycan Topolica, İdman Zalı Arenası.

Millinin heyəti: Aylin Əkbərzadə, Leyla Allahverdiyeva, Deniz Gökçel, Angelina İsmayılova, Ela Nur Gökçel, Şəlminaz Ramazanlı, Şilan Akbingel, Aylin Niftəliyeva, Adilya Yusubova, Polina Şukina, Sitarə Abbasova, Qalina Quşina.

Bundan əvvəl komandamız qrupda Bolqarıstana (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

Millinin növbəti oyunu 17 martda Bakıda Ukraynaya qarşı (19:00) olacaq.

AÇ-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.   1. Bolqarıstan 4 4 0 +197 8 2. Monteneqro 4 2 2 +50 5 3. Ukrayna 4 2 2 +32 4 4. Azərbaycan 4 0 4 -279 4

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər