AÇ-2023: Millimiz Ermənistanla eyni qrupa düşdü

AÇ-2023: Millimiz Ermənistanla eyni qrupa düşdü

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığmasının 2023-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmamız püşkatma nəticəsində B qrupunda yer alıb.

Azərbaycan millisi seçmə mərhələdə Ermənistan, Albaniya, Kipr və San Marino yığmaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları bu il 19-27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər