6 futbolçu "Kəpəz"dən getdi, 12 müqavilə imzalandı

6 futbolçu "Kəpəz"dən getdi, 12 müqavilə imzalandı
“Kəpəz” komandanı tərk edən futbolçuların adını açıqlayıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gəncə klubu 2015/16 mövsümündə komandanın formasını geyinən 6 futbolçu ilə vidalaşıb.
Bunlardan ikisi Namiq Ələsgərovla Tərlan Quliyevin icarə müqaviləsi başa çatıb. Hər iki futbolçu "Qarabağ"dan icarəyə götrülmüşdü. Namiq "Qarabağ"a dönüb, Tərlan Ağdam klubundan ayrılaraq "İnter"lə müqavilə bağlayıb.
"Kəpəz"in yollarını ayırdığı futbolçulardan biri Juninyo olub. Braziliyalı legioner bundan əvvəl ölkəmizdə "Xəzər Lənkəran" və "Bakı"nın formasını geyinib.
"Kəpəz" həmçinin Elvin Cəbrayıllı, Xəzər Qəribov və Bəxtiyar Soltanovla vidalaşıb. Komandanın tərk edən futbolçuların müqaviləsi başa çatıb. Klub rəhbərliyi onlara ötən mövsüm göstərdiyi oyuna görə minnətdarlıq edib, karyeralarında uğurlar arzulayıb.
Həmçinin baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. Müqaviləsi uzadılanlar aşağıdakılardı:
Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.
“Qarabağ”dan icarə əsasında 2015/16 mövsümündə “sarı-göylər”in heyətində çıxış etmiş Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.
Qeyd edək ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər