3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürəcək.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığma ilk matçını Almaniyanın “Düsseldorf ZOOS” kollektivinə qarşı keçirəcək. Görüş saat 16:50-də başlayacaq.

Ratomir Deliçin baş məşqçisi olduğu komanda ikinci oyununda təsnifat mərhələsinin qalibi ilə görüşəcək. Bu qarşılaşma saat 18:30-a təyin edilib.

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər