"Qarabağ" yeni transferini rəsmən açıqladı

"Qarabağ" yeni transferini rəsmən açıqladı
"Qarabağ" klubu yeni transferini açıqlayıb. 
 
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisinin rəsmi saytı yayıb. 
 
Komanda millimizin üzvü Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalanıb.
24 yaşlı müdafiəçi "Qarabağ"da 13 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, bir neçə gün öncə saytımızda BƏƏ "Əl Əyn" klubuna keçidi baş tutmayan Bəhlulun "Qarabağ"la anlaşacağını yazmışdıq. 
 
"Qarabağ" yeni transferini rəsmən açıqladı
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər