“Qarabağ”ın transfer etmək istədiyi braziliyalı

“Qarabağ”ın transfer etmək istədiyi braziliyalı
Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran "Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.
Fanat.Az apasport.az-a isrinadən xəbər verir ki, Ağdam təmsilçisi qapı xəttinə axtardığı qapıçını Portuqaliyadan tapıb.
Azərbaycan çempionunun siyahısında olan qolkiper "Nasional” klubunun üzvü Daniel Martins Gimaraeşdi. Elita təmsilçisinin əsas qapıçısı sayılan 34 yaşlı braziliyalı mövsümün sonunda Azərbaycana köçə bilər. Onun "Nasional”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.
Qeyd edək ki, 2017-ci ildən "Nasional”ın formasını geyinən Daniel Gimaraeş cari mövsüm Premyer Liqada keçidiyi 14 oyunda qapısında 19 qol buraxıb.
Qolkiper əvvəllər Braziliyanın "Amerika Mineyro", "Mogi Mirim", "Ponte Preta", "Amerika de Natal" və "Red Bull Brasil" klublarında oynayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər