"Qarabağ"ın rəqibindən yeni transfer

"Qarabağ"ın rəqibindən yeni transfer
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) komandası heyətini yeni futbolçu qatıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, Tel-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının "Bidvest Uits" komandasından Rouen Hümanı transfer edib.
19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Avropa Liqasının I qrupunda "Qarabağ" və "Makkabi" ilə yanaşı, İspaniya "Vilyarreal"ı və Türkiyə "Sivasspor"u da yer alıb. "Qarabağ" "Makkabi" ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər