"Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi?

"Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi?
Azərbaycan UEFA-nın əmsallar cədvəlində bir pillə irəliləyib.
 
Fanat.Az xəbər verir ki, buna səbəb "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"ini 2:1 hesabı ilə yenməsidir.
 
Ağdamlıların qələbəsinə görə hesabına 0,375 əmsal yazılan Azərbaycan 15,125 "qənimət"lə 26-cı yerdən 25-ci pilləyə yüksəlib. İrəliləyişə Rumıniyanın Çempionlar Liqasındakı təmsilçisi ÇFR-in Xorvatiya "Dinamo"su (Zaqreb) ilə 2:2 hesablı heç-heçə etməsi də kömək edib.
 
Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatmada müəyyənləşəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər