“Qarabağ” - ”Vorskla” oyununa neçə bilet satılıb?

“Qarabağ” - ”Vorskla” oyununa neçə bilet satılıb?
Avropa Liqasında "Qarabağ” və Ukraynanın ”Vorskla” komandaları arasında keçiriləcək III tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.
Fanat.Az Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq 12 mindən çox bilet sahibini tapıb. 
Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdi. Biletlərin qiymətləri 2, 4, 8 10 və 50 (VİP) manatdı. Onları "Qarabağ"ın Fan-şop ("Park Bulvar"), iTicket kassaları, "ASAN Xidmət mərkəzləri (1,2,3,4, Sumqayıt ), "28 Mall", "Gənclik Mall" və İticket.az  saytından almaq mümkündü.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Vorskla” oyunu saat 20.55-də başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər