"Kəpəz"dən gözlənilməz gediş baş tutub. Fanat.Az xəbər verir ki, komandanın aparıcı futbolçusu Dario Federiko Gəncə klubunu tərk edib.
Bu barədə baş məşqçi Şahin Diniyev məlumat verib. Çalışdırıcı bildirib ki, 25 yaşlı hücumçu Yaponiya və Koreya klublarından təklif alıb və komanda yoldaşları ilə sağollaşıb.
Qeyd edək ki, Dario Federiko 2015-ci ildən "Kəpəz"də çıxış edirdi. O, Gəncə klubunun heyətində 39 oyun keçirib və 7 qol vurub.
Fanat.Az