Premyer Liqanın XVI turunda “Zirə” ilə keçirilən matçın sonlarında zədələnən “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müayinədən keçən futbolçuya sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub.
Klubun tibb personalından verilən məlumata görə, Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədə səbəbindən XVII turda “Sumqayıt”la görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ”la oyuna kimi hazır olacağı gözlənilir.
Gəncəlilərin digər zədəli oyunçuları Tural Axundovla Azad Kərimov isə artıq sıraya dönüblər. “Zirə” ilə qarşılaşmanı buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə qoşulublar.
Fanat.Az