"Kəpəz"də iki itki

"Kəpəz"də iki itki

Topaz Premyer Liqasının XVI turunda “Zirə” ilə keçirəcəyi oyuna hazırlığı Bakıda davam etdirən “Kəpəz” tam heyətlə məşq edə bilmir. 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komandanın iki futbolçusu çalışmalardan kənarda qalıb. Kapitan Tural Axundov və Azad Kərimov zədəli olduqları üçün hazırlıq prosesində iştirak edə bilmirlər. Ötən həftə xəstə olduğu üçün “İnter”lə görüşü buraxan Şəhriyar Əliyev isə sağalaraq, sıraya dönüb.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 14:00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər