"Kəpəz"də 3 itki

"Kəpəz"də 3 itki

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “İnter” ilə səfər qarşılaşmasında Şəhriyar Əliyevlə yanaşı, “Kəpəz” daha iki futbolçunun xidmətindən məhrumdu. 

Fanat.Az xəbər verir ki, Dario Frederiko və Kərim Diniyev Bakıdakı qarşılaşmada “sarı-göylər”ə kömək edə bilməyəcək. Uzun müddət zədəli olan braziliyalı oyuna tam hazır deyilsə, Diniyev xəstələnib. Naxoşlayan futbolçu son iki gündə məşqlərdə iştirak etməyib.

Bu itkilərin fonunda mərkəz müdafiəçilərinin sıraya dönüşü məşqçilər korpusunu sevindirməyə bilməz. Belə ki, ölkə kubokunda zədə səbəbindən öncəki mərhələdə “Şahdağ”la görüşü buraxan Azad Kərimovla Renan Alves ötən həftədən məşqləri bərpa edib. Onların paytaxt təmsilçisi ilə matçda meydana çıxması mümkündü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər