"Kəpəz” Topaz Premyer Liqasının XXVI turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda həftəlik plan üzrə tarixi derbiyə hazırlaşır.
“Sarı-göylər”in heyətində zədəli və cəzalı futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamlardandı. “Xəzər Lənkəran”a qarşı matçdan sonra yüngül zədəsi olan kapitan Tural Axundovun artıq vəziyyəti yaxşıdı və onun səfər görüşündə iştirakı sual doğurmur.
Sarı vərəqə limiti səbəbindən Lənkəran təmsilçisi ilə oyunu buraxan Şəhriyar Əliyev ilə Şəhriyar Rəhimov da cəza müddətini başa vurub və “Neftçi” ilə matçda Gəncə klubuna kömək edə biləcək.
Fanat.az