"Xəzər Lənkəran"dan ayrılan Orxan Əliyevin yeni iş yeri bəlli olub. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, o, yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Əldə etdiyimiz məlumata görə, gənc hücumçu "Kəpəz"lə anlaşıb. Tərəflər arasında ya yarım, ya da 1,5 illik sözləşmənin imzalanması gözlənilir.
Qeyd edək ki, Əliyev "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra qısa müddət ərzində MOİK-də də çıxış etdi.
Fanat.az