20 ley ver, Moldovada "Qarabağ"ı gör- BİLETLƏR SATIŞDA

20 ley ver, Moldovada "Qarabağ"ı gör- BİLETLƏR SATIŞDA

"Şerif" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb. Fanat.Az xəbər verir ki, oyunu canlı izləmək istəyənlər azı 20 Moldova leyi (təxminən 2 manat 50 qəpik) xərcləməlidi.

Ancaq bi qiymətə necə deyərlər, tribunaların künc-bucağındakı yerlərdi. 120 leyindən (təxminən 11 manat) keçənlər mərkəzi sektorlardan birində oyunu seyr edəcəksə, VİP biletlərin qiyməti 220 leydi (təxminən 20 manat 50 qəpik) .

Qeyd edək ki, Bakıdakı oyunda rəqibinin müqavimətini qıra bilməyən (0:0) "Qarabağ" cavab görüşünə avqustun 1-də Tiraspoldakı "Şerif" stadionunda çıxacaq. Görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər