Bu gün Topaz Premyer Liqasında XXVIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə turun sonuncu oyunu keçirilib.
Daha doğrusu sonuncu oyunu davam etdirilib. Belə ki, ötən gün keçirilməli olan "İnter" - "Rəvan" qarşılaşması cəmi 11 dəqiqə davam edib. "Şəfa" stadionunda başlayan qarşılaşmanı Elvin Əsgərov qar yağışı səbəbindən dayandırmalı olub. Matç bu gün saat 17.00-da başlayıb və 11-ci dəqiqədən davam etdirilib.
Oyuna hücumçularla başlayan "İnter" 24-cü dəqiqədə hesabı açıb. Kaxaber Tsxadadzeni oğlu Baçana sevindirib. 66-cı dəqiqədə başqa bir gürcü futbolçu - Aleksandr İaşvili fərqlənib. Son nöqtəni isə 90+3-cü dəqiqədə Mikel Alvaro qoyub - 3:0.
Beləliklə, "İnter" "Rəvan"a qarşı uğurlu seriyasını davam etdirib. Belə ki, "bankirlər" bu komanda ilə çempionatdakı bütün oyunlarda (8 qarşılaşma) qələbə qazanıb. "İnter" son 5 qarşılaşmada 2 və ya daha çox qol vurmağı bacarıb. 8 oyunda "İnter" rəqib qapısına 20 dəfə yol tapıb. "Rəvan"ın futbolçuları isə 5 dəfə fərqələnə bilib.
Qeyd edək ki, turun dörd oyunu üç gün ərzində keçirilib. "Neftçi" "Xəzər Lənkəran"ı 1:0, "Qarabağ" "Qəbələ"ni 3:0, "Bakı" "Simurq"u, "Sumqayıt" AZAL-ı 2:1 hesabı ilə yenib.
Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXVIII tur
30 mart
İnter - Rəvan 3:0
Qollar: Baçana Tsxadadze, 24. Aleksandr İaşvili, 66. Mikel Alvaro, 90+3.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (12. İvo Taborski, 86), 11. Asif Məmmədov (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (8. Mikel Alvaro, 70), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli (5. Slavko Georgievski, 90+1).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 10. Tyaqo Mirasema, 15. Dmitri Kruqlov (14. Xuan Manuel Varea, 73), 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 81), 30. Cəmşid Məhərrəmov (19. Hüseyn Axundov, 73), 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvənc Kurtar.
Sarı vərəqə: Derlis Meza Kolli, 57 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Şəfa" stadionu. 700 tamaşaçı.
| 1 | Qarabağ | 28 | 18 | 7 | 3 | 53-14 | 61 |
| 2 | Neftçi | 28 | 15 | 6 | 7 | 41-33 | 51 |
| 3 | İnter | 28 | 14 | 6 | 8 | 44-31 | 48 |
| 4 | Bakı | 28 | 14 | 6 | 8 | 45-30 | 48 |
| 5 | Qəbələ | 28 | 13 | 5 | 10 | 37-31 | 44 |
| 6 | Simurq | 28 | 10 | 9 | 9 | 31-22 | 39 |
| 7 | Xəzər L | 28 | 8 | 10 | 10 | 28-39 | 34 |
| 8 | AZAL | 28 | 6 | 8 | 14 | 27-42 | 26 |
| 9 | Rəvan | 28 | 3 | 8 | 17 | 15-49 | 17 |
| 10 | Sumqayıt | 28 | 3 | 7 | 18 | 18-49 | 16 |
Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Baçana Tsxadadze (İnter) - 8.
Fanat.az