2-ci Liqa: "Zəngəzur" Ağdaş səfərində, "Qaradağ Lökbatan" "Şəmkir"lə üz-üzə

2-ci Liqa: "Zəngəzur" Ağdaş səfərində, "Qaradağ Lökbatan" "Şəmkir"lə üz-üzə

Azərbaycan 2-ci Liqasında 4-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 4 matç baş tutacaq.

Bugünkü görüşlərdən ikisi 15:30-da, qalan ikisi də yarım saat gec başlayacaq.

İddialılardan olan, ancaq mövsümə inamlı başlamayan "Zəngəzur" yaxın qonşusu "Ağdaş"ın qonağı olacaq. "Dinamo" səfərdə "Hypers"lə üz-üzə gələcək. "Kür-Araz" "Difai"ni, "Qaradağ Lökbatan" isə "Şəmkir"i sınağa çəkəcək.  

Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "Şirvan" "Şəki"ni böyük hesabla (6:0), "Marafon" isə "Ağstafa Gəncləri"ni minimal fərqlə (2:1) üstələyib. 

2-ci Liqa 4-cü tur 21 sentyabr 

“Ağdaş” – “Zəngəzur” Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Ağdaş şəhər stadionu, 15:30.

“Hypers” – “Dinamo” Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Yavər Rəhimov. Bərdə şəhər stadionu, 15:30.

“Kür-Araz” – “Difai” Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mahal Məmmədov. Saatlı. Olikpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Şəmkir” Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Seymur Səlimli. Lökbatan. Olikpiya İdman Kompleksinin stadionu, 16:00.

2-ci Liqa: "Zəngəzur" Ağdaş səfərində, "Qaradağ Lökbatan" "Şəmkir"lə üz-üzə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər