2-ci Liqa: "Şirvan"dan darmadağın, mərkəzi oyunu "Marafon" qazandı

2-ci Liqa: "Şirvan"dan darmadağın, mərkəzi oyunu "Marafon" qazandı

Azərbaycan 2-ci Liqasında 4-cü tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk günündə 2 oyun baş tutub.

Lider "Şirvan" evdə "Şəki" ilə qarşılaşıb. İlk üç turdan maksimum nəticə ilə ayrılan meydan sahibləri növbəti qələbəsini darmadağınla əldə edib və zirvədə möhkəmlənib.

Günün digər matçında iddialı iki komanda münasibətlərinə aydınlıq gətirib. "Marafon" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib. Şamaxıda oynanılan görüşdən Sabirabad təmsilçisi 3 xalla ayrılıb.

Qeyd edək ki, tura sabah “Ağdaş” – “Zəngəzur”, “Hypers” – “Dinamo”, “Kür-Araz” – “Difai” və “Qaradağ Lökbatan” – “Şəmkir” oyunları ilə yekun vurulacaq.

Azərbaycan 2-ci Liqası 4-cü tur 20 sentyabr 

“Şirvan” – “Şəki” 6:0 Qollar:  A.Yunanov, 5, 13, 28, 76. Ç.Məmmədov, 38. E.Məmmədov, 42.

“Marafon” – “Ağstafa Gəncləri” 2:1 Qollar: E.Quluzadə, 23. F.Nadirov, 38 - R.Süleymanov, 56.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər