Azərbaycan I Liqasında 2-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 3 oyun keçirilib.
İddialılardan "Şəfa" səfərdə "Zaqatala"nı 4 cavabsız qolla yenib. Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya yuvarlanan "Səbail" Ağsuda "Difai" üzərində əzmkar qələbə qazanıb.ilə münasibətlərinə aydınlıq gətirəcək. "Şahdağ Qusar" isə ev oyunlarını keçirdiyi Şamaxıda "Baku Sportinq"ə yenilib.
Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Mingəçevir" "Cəbrayıl"ı 3:1 hesabı ilə üstələyib. Tura sabah reallaşacaq “Şimal” – MOİK görüşü ilə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası 2-ci tur 18 sentyabr
“Zaqatala” – “Şəfa” 0:4 Qollar: Kənan Müslümov, 11 - öz qapısına. Emin Zamanov, 52 - pen. Nahid Əliyev, 65. Amir Ebrahimzade, 86. Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Taleh Məmmədov, Rövşən Rəcəbov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Yavər Rəhimov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
“Difai” – “Səbail” 1:2 Qollar: Y.Nəbiyev, 68 (avtoqol) - Z.Mirzəzadə, 73, K.Quliyev, 90+6 Hakimlər: Nicat İsmayıllı, Rəhman Aslanov, Elman Kərimov, Emin Əliyev Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Ağsu. Şəhər stadionu.
“Şahdağ Qusar” – “Baku Sportinq” 2:3 Qollar: Ruslan Voronsov, 45+1 - pen. Famil Camalov, 65 - Xəlil Bəşirov, 6. Elvin Valiiev, 14; 33. Hakimlər: Namiq Bəkirov, Zakir Şükürzadə, Samir Qaracayev, Şamil İmanzadə Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: İlham Əliyev Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.