1-ci Liqa: "Gəncəbasar"ın Şamaxı sınağı, "Mingəçevir" "Zaqatala"nı qəbul edir

1-ci Liqa: "Gəncəbasar"ın Şamaxı sınağı, "Mingəçevir" "Zaqatala"nı qəbul edir

Azərbaycan 1-ci Liqasında ilk tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, açılış turunun ikinci oyun günündə 2 görüş baş tutacaq.

Eyni vaxtda start götürəcək qarşılaşmalarda "Şimal" iddialı "Gəncəbasar"ı, "Mingəçevir" isə zəifləyən "Zaqatala"nı qonaq edəcək.

Qeyd edək ki, 1-ci turun dünən keçirilən oyunlarında MOİK “Şahdağ Qusar”a uduzub (0:1), “Baku Sportinq” “Karvan-Yevlax”la bacarmayıb (0:3), “Xankəndi” ilə “Səbail” isə heç-heçəyə (1:1) razılaşıblar.

Azərbaycan 1-ci Liqası 1-ci tur 4 sentyabr 

“Şimal” – “Gəncəbasar” Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Asif Əliyev Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 17:00. 

“Mingəçevir” – “Zaqatala”  Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Seymur Səlimli. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). 17:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər