Azərbaycan 1-ci Liqasında 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 matç baş tutacaq.
Çempionluğa iddialı komandalar məhz bu gün güclərini sınayacaqlar. İlk iki turda maksimum nəticə əldə edən "Şahdağ Qusar" Şamaxıda "Şimal"la üz-üzə gələcək. Daha bir şərikli lider "Gəncəbasar" da səfərdə "Mingəçevir"lə qarşılaşacaq. Çempionluğa iddialı "Səbail" isə "Baku Sportinq"in qonağı olacaq.
Qeyd edək ki, turun açılış oyununda “Karvan-Yevlax” “Zaqatala”nı 3:0 hesabı ilə yenərək ilk sıraya yüksəlib. Tura sabah keçiriləcək “Xankəndi” – MOİK oyunu ilə yekun vurulacaq. Azərbaycan 1-ci Liqası 3-cü tur 17 sentyabr
16:30. “Şimal” – “Şahdağ Qusar” Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
16:30. “Mingəçevir” – “Gəncəbasar” Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
16:30. “Baku Sportinq” – “Səbail” Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldəniz Musayev. “Baku Sportinq Arena”.
