"Zirə" - "Kəpəz" matçında "qırmızı" rekord

"Zirə" - "Kəpəz" matçında "qırmızı" rekord

Futbol üzrə Azərbaycan birinciliyində mövsümün rekordu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, referi Nicat İsmayıllı ölkə çempionatının 18-ci turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" qarşılaşmasında (2:2) 5 futbolçuya qırmızı vərəqə göstərib.

Matçın gedişində 4 dəfə ən ağır qərar qəbul edən İsmayıllı final fitindən sonra "Kəpəz"in daha bir oyunçusuna - Mixail Erqemlidzeyə "qırmızı" verib. 

Bu, cari "futbol ili" üçün rekord sayda qırmızı vərəqədir. 

 Qeyd edək ki, oyun zamanı "Zirə"dən Coşqun Diniyev (18-ci dəqiqədə) və Nemanya Andelkoviç (22), "Kəpəz"dən isə Elçin Əlicanovla (57) Georgi Kantariya, (90+1) meydandan qovulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər