Yusif İmanov Premyer Liqa klubunda - RƏSMİ

Yusif İmanov Premyer Liqa klubunda - RƏSMİ

"İmişli" klubu heyətini Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi gənc qolkiperlə rəsmi müqavilə imzalayıb.

Məlumatı klubun mətbuat xidməti yayıb. 23 yaşlı əlcək sahibi ilə "2+1" illik müddətə sözləşmə bağlanıb.

Karyerası ərzində "Sabah", Kosovonun "Malişeva" və "Kəpəz" klublarının formasını geyinən Yusif İmanov, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarında çıxış edib, həmçinin əsas yığmanın da şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər