Topaz Premyer Liqasında II dövrənin və 2017-ci ilin sonuncu - XIV turunun oyunları davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Günün yeganə oyunu Gəncədə keçirilib və "Kəpəz" "Sumqayıt"ı qəbul edib. "Qəbələ" ilə oyunda debüt edən və 1:6 hesablı məğlubiyyətə üzülən meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov ilk qələbə arzusunu bu dəfə də reallaşıra bilməyib. Gəncə klubu ardıcıl ikinci oyunda böyükhesablı məğlubiyyətə üzülüb - 3:0. "Sumqayıt" isə qış fasiləsinə "Neftçi"dən 4 xal öndə yollanıb.
Qeyd edək ki, tura dünən "Qarabağ" - "Neftçi" oyunu ilə start verilib. Ağdam klubu əzəli rəqibini 1:0 hesabı ilə yenib. Turun qalan iki oyunu sabah keçiriləcək.
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, XIV tur
2 dekabr
Kəpəz - Sumqayıt 0:3
Qollar: Bəxtiyar Həsənalızadə, 21. Cavid İmamverdiyev, 60; 68.
Kəpəz: 1.Davud Kərimi, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 20. Samba Dialo, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 11. Kamran Abdullazadə, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 19. Aydın Qasımov, 16. Azər Məmmədov, 26. Ba Mansur Aladji, 7. Sergey Çernişev, 6. Ceyhun Cavadov, 17. Əli Səmədov, 2. Yusif Cəfərov, 15. Azad Kərimov.
Baş məşqçi: Yunis Hüseynov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
13 |
11 |
1 |
1 |
23:6 |
34 |
|
|
2 |
Qəbələ |
13 |
9 |
1 |
3 |
25:14 |
28 |
|
|
3 |
Zirə |
13 |
8 |
3 |
2 |
22:11 |
27 |
|
|
4 |
Sumqayıt |
14 |
6 |
2 |
6 |
17:17 |
20 |
|
|
5 |
Neftçi |
14 |
5 |
1 |
8 |
17:16 |
16 |
|
|
6 |
Səbail |
12 |
4 |
1 |
7 |
9:18 |
13 |
|
|
7 |
Keşlə |
13 |
2 |
2 |
9 |
9:21 |
8 |
|
|
8 |
Kəpəz |
14 |
2 |
1 |
11 |
10:29 |
7 |
|
|
Bombardirlər |
Baqali Dabo (Qəbələ) - 8. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6. Amil Yunanov (Sumqayıt) - 5. |
|||||||
Fanat.Az