AFFA-nın bu gün keçirilən konfransında iştirak edən UEFA-nın yeni baş katibi Teodor Teodoris "Zirə"nin avrokuboklara qatılıb-qatılmamaq məsələsindən danışıb. Fanat.az xəbər verir ki, yunan futbol rəsmisi bunları deyib:
"Mənim "Zirə"ylə bağlı heç bir məlumatım yoxdu. UEFA-nın əsasnaməsinə görə, hər bir klub azı üç il fəaliyyət göstərməlidi. Təbii ki, istisna hallar da olur. Məsələn, həmin klub əvvəl fəaliyyət göstərib, sonra adını dəyişdiribsə, bu da nəzərə alına bilər. Hüquqi cəhətdən isə klub azı üç il fəaliyyət göstərməlidi".
Fanat.az