“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır” - “Kəpəz”in kapitanı

“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır” - “Kəpəz”in kapitanı

“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır”.

Fanat.Az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Tural Axundov klubun mətbuat xidmətinə açıqlamasında Türkiyədə baş verən zəlzələ ilə bağlı fikirlərini bölüşərkən deyib.

Bölgə təmsilçisinin kapitanı qardaş ölkədə baş verənlərə görə, məyus olduğunu bildirib: “Adam bilmir ki, bu məqamda nə desin. Görüntüləri izləyirik, vəziyyət ağırdır. İndi hamı məyusdur. Təbii fəlakət nəticəsində bu qədər insanın dünyasını dəyişməsi, yaralanması hamıya pis təsir edir. Bir kibrit çöpü alovlananda bütün qutunu yandırır. Allah ölənlərə rəhmət eləsin, xəsarət alanlar tezliklə sağalsınlar. Qardaşlarımızın başı sağ olsun”.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər