Turan Manafov "Kəpəz"dən getmək istəyir - Onun xidmətində bu klublar maraqlıdır

Turan Manafov "Kəpəz"dən getmək istəyir - Onun xidmətində bu klublar maraqlıdır

"Kəpəz"in müdafiəçisi Turan Manafov gələn ay iş yerini dəyişə bilər.

Fanat.Az-ın əldə etdiyi məluata görə, arxa xətt oyunçusunun xidmətində "Sumqayıt" maraqlıdır. 

Gəncə təmsilçisindəki şəraitdən məmnun olmayan Manafovu "Səbail"in baş məşqçisi Cavid Hüseynov da sərəncamında görmək istəyir. "Kəpəz" ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan Turanın klubdan azad agent qismində ayrılmaq istəyini anlayışla qarşılasalar, o, böyük ehtimalla yeni ildə "sarı-göylər"in sıralarında olmayacaq.

Qeyd edək ki, cari mövsüm "Kəpəz" forması ilə Misli Premyer Liqasında 11 matça çıxan Manafov 1 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçu Azərbaycan Kubokunda da 1 görüş keçirib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər