Toral Bayramovun ilk sınağı Arda Turanın komandasına qarşı olacaq?

Toral Bayramovun ilk sınağı Arda Turanın komandasına qarşı olacaq?

Türkiyənin "Bursaspor" klubu yeni mövsümün hazırlıq planı çərçivəsində ciddi sınaqla üz-üzə gələcək.

Fanat.Az xəbər verir ki, Bursa təmsilçisi hazırlıq matçında Ukraynanın köklü klublarından olan "Şaxtyor Donetsk" komandasını qəbul edəcək.

Arda Turanın rəhbərlik etdiyi Donetsk təmsilçisi ilə qarşılaşma iyulun 26-da, Bakı vaxtı ilə saat 20:00-da Atatürk İdman Kompleksi Matlı Stadionunda start götürəcək.

Azərbaycanlı azarkeşlər üçün bu matçın əsas önəmi isə "Bursaspor"un heyətinə cəlb olunan Toral Bayramovun yeni komandasında ilk rəsmi sınağına çıxma ehtimalının yüksək olmasıdır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər