Şuaybunun "Kəpəz"dəki aqibəti necə olacaq?

Şuaybunun "Kəpəz"dəki aqibəti necə olacaq?

Son mövsümün ən yaddaqalan futbolçularından olan, "Kəpəz"in heyətində adından söz etdirən Abdullahi Şuaybunun növbəti mövsümə harada başlayacağı maraq doğurur.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Tərlan Əhmədovun baş məşqçi postundan ayrılmasından sonra nigeriyalı forvardın da Gəncə təmsilçisi ilə vidalaşmaq ehtimalı artıb.

Düzdür, 21 yaşlı hücumçunun "Kəpəz" ilə hələ 1 illik müqaviləsi var. Ancaq daha perspektivli klubdan təklif gələcəyi halda, Gəncə təmsilçisi afrikalı oyunçunun öz istəyini də nəzərə alaraq onu satmağa razılaşacaqlar.

Qeyd edək ki, Şuaybu cari mövsüm Azərbaycan Premyer Liqasında çıxdığı 34 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kubokunda da 2 görüş keçirərək 1 qola imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər