"Səbail" "Kəpəz"lə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA 

"Səbail" "Kəpəz"lə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA 

Misli Premyer Liqasının  XXX turunda "Kəpəz"i qonaq edəcək "Səbail" qərb təmsilçisi ilə görüşə itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:

"Süleyman Əhmədov, David Qomis və Ağabala Ramazanov zədəli olduğu üçün "Kəpəz"ə qarşı oynamayacaq. Nir Bardea isə cəza səbəbindən komandaya kömək etməyəcək".

Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması aprelin 14-də "ASCO Arena" baş tutacaq. Oyunun start fiti 16:30-da səslənəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər