“Səbail” - “Kəpəz” matçında gəncəli azarkeş bıçaqlandı

“Səbail” - “Kəpəz” matçında gəncəli azarkeş bıçaqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Səbail” - “Kəpəz” matçında iki komandanın azarkeşləri arasında dava düşüb.

Fanat.Az xəbər verir ki, hadisə oyunun fasiləsində baş verib.

Tərəflər arasındakı mübahisə yekunda bıçaqlanma ilə nəticələnib. Belə ki, arenanı tərk edən bir neçə fanat arasında stadiondan çöldə davam edən dava gəncəli bir azarkeşin bıçaqlanması ilə yekunlaşıb.

Qarın nahiyəsindən bıçaqlanan həmin azarkeş dərhal xəstəxanaya çatdırılıb. Əməliyyat olunan azarkeşin həyati təhlükəsinin olmadığı bildirilir. Davanın digər iştirakçılarının polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər