Ronaldu karyerasını bitirir

Ronaldu karyerasını bitirir

Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldunun yığmadakı karyerasını başa vuracağı tarix məlum olub.

Fanat.Az "GOAL"a istinadən xəbər verir ki,  40 yaşlı hücumçunun sentyabrın 24-də UEFA Millətlər Liqasında Uelsə qarşı keçiriləcək matçdan sonra milli komanda ilə vidalaşacağı gözlənilir.

Kriştianu Ronaldu daha əvvəl 2026-cı il dünya çempionatından sonra turnirin onun üçün son dünya çempionatı olduğunu açıqlamışdı.

Qeyd edək ki, Ronaldu Portuqaliya millisi ilə AVRO-2016 və UEFA Millətlər Liqası 2018/2019, həmçinin 2024/2025 mövsümlərinin qalibi olub. O, yığma tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər