Ronaldu antirekorda imza atdı

Ronaldu antirekorda imza atdı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatları tarixində arzuolunmaz rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Təcrübəli oyunçu mundialların pley-off mərhələsində oyundan qol vurmadan ən çox matça çıxan hücumçu olub. Ronaldunun aktivində bu cür 10 oyun var.

41 yaşlı forvard dünya çempionatlarının pley-off mərhələsində indiyədək cəmi 1 qol vurub. O, DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə görüşdə (2:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər