Ronald Arauxo Madrid klubuna keçə bilər

Ronald Arauxo Madrid klubuna keçə bilər

İspaniyanın "Atletiko Madrid" klubu "Barselona"nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmaq istəyir.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone Arauxonu klubda görmək istəyir.

Uruqvaylı oyunçunun argentinalı hücumçu Xulian Alvaresin "Barselona"ya keçidində birbaşa və ya dolayı yolla iştirakı mümkündür.

Xatırladaq ki, Arauxonun "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər